Modern.az

Azərbaycanlı aktrisanın oğlu narkotikdən öldü

Azərbaycanlı aktrisanın oğlu narkotikdən öldü

30 Sentyabr 2013, 12:12


Azərbaycanın əməkdar artistinin oğlu yüksək dozada narkotik qəbul olunması nəticəsində vəfat edib.

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Xanlar küçəsi ev 18, mənzil 6-da yaşayan 1985-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə bir il məhkumluq həyatı yaşayan Rüfət Ömür oğlu Nağıyev evdə yüksək dozada narkotik vasitə olan heroin qəbul edərkən dünyasını dəyişib.

R.Nağıyev tanınmış aktyor Ömür Nağıyev və əməkdar artist Nəsibə Eldarovanın oğludur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza