Modern.az

Gülər Əhmədovanın məhkəməsi təxirə salındı

Gülər Əhmədovanın məhkəməsi təxirə salındı

30 Sentyabr 2013, 12:24


Sabit deputat Gülər Əhmədovanın məhkəməsi təxirə salınıb. Modern.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcəyi planlaşdırılan hazırlıq iclasının vaxtı dəyişdirilərək prosesin oktyabrın 21-də keçirilib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?