Modern.az

Bakıda şagirdlər arasında kütləvi dava - Polis hərəkətə keçdi

Bakıda şagirdlər arasında kütləvi dava - Polis hərəkətə keçdi

25 Yanvar 2024, 20:24

Bakının Pirşağı qəsəbəsində bir qrup məktəbli arasında kütləvi dava olub.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, insident 188 saylı tam orta məktəbin şagirdləri arasında qeydə alınıb.

 

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb.

 

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı