Modern.az

Məktəbdəki dava ilə bağlı rəsmi AÇIQLAMA 

Məktəbdəki dava ilə bağlı rəsmi AÇIQLAMA 

25 Yanvar 2024, 22:24

Bakı şəhəri 188 saylı məktəbin şagirdləri arasında baş vermiş kütləvi davaya aydınlıq gətirilib.

 

188 nömrəli tam orta məktəbdən Modern.az-a bildirilib ki, 23 yanvar 2024-cü il tarixində dərsdən sonra saat 15:00 radələrində məktəbdənkənar ərazidə şagirdlər arasında dava olub.

 

Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunub, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi