Milli Məclisin payız sessiyası öz işinə başlayıb. İclasda 100 deputat iştirak edir. 99 nəfər gündəliyin lehinə səs verib.
Modern.az-ın məlumatına görə, spiker Oqtay Əsədov çıxışına ölkəmizdə keçiriləcək prezident seçkilərindən başlayıb. Parlament sədri bildirib ki, Azərbaycan xalqı prezident seçkilərində düzgün qərar verəcək
Spiker qeyd edib ki, bu ilin payız sessiyası prezident seçkiləri kimi əlamətdar hadisə ilə üst-üstə düşür: "Azərbaycan xalqı çox müdrik xalqdır, öz gələcəyi və inkişafında sözünü deyəcək və öz prezidentini seçəcək".
Qeyd edək ki, iclasda deputat Elman Məmmədov narazılığını ifadə edib. O, sual edib ki, iclaslarda himn səsləndirilərkən bəzi deputatlar onu oxuyur, bəziləri oxumur. "Burada aydınlıq gətirilsin ki, himni oxuyaq, ya yox".
Modern.az