Modern.az

“Qarabağ”ın akademiyasına yeni məşqçi təyin olundu

“Qarabağ”ın akademiyasına yeni məşqçi təyin olundu

İdman

26 Yanvar 2024, 07:28

“Qarabağ” futbol klubunda yeni təyinat reallaşıb.

Klubdan Modern.az-a verilən məlumata görə, Vüqar Əsgərli bundan sonra Ağdam təmsilçisinin akademiyasında çalışacaq.

 

O, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi təyin edilib.

 

Qeyd edək ki, son iş yeri I Liqa təmsilçisi “Şamaxı” olan Vüqar Əsgərli daha əvvəl 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi kimi çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi