Modern.az

Deputat: “Birdən partlayış olarsa, necə olacaq?”

Deputat: “Birdən partlayış olarsa, necə olacaq?”

30 Sentyabr 2013, 12:55

Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Musa Qasımlı “Elm siyasəti haqqında” qanun layihəsini yenidən gündəmə gətirib. Modern.az-ın məlumatına görə, millət vəkili sözügedən qanun layihəsinin parlamentin gündəliyinə salınmasını müsbət qarşılayıb.

“Mən universitetlərin gücləndirilməsini təklif edirəm. Xaircdə təhsil almanın əleyhinə deyiləm. Gənclərinmiz daha çox bakalavr təhsilini ölkəmizdə, magistratura, doktorantura təhsilini xaricdə davam etdirirlər”.

Deputat daha sonra son günlər Bakıda müşahidə olunan tıxaclardan danışıb.

“Bu gün Bakı küçələrində yanacaq daşıyan maşınlar saatlarla tıxaclarda olur. O tıxaclarda olan maşınların birində partlayış törənərsə, bunun hansı fəsadlar törədəcəyi haqda danışmalıyıq. Hesab edirəm ki, bunlar nəqliyyatın az olduğu zaman- gecələr daşınmalıdır. İkinci məsələ yollar, körpülər çəkilir. Amma 20 Yanvar dairəsində körpünün altı maşın dayanacağına çevrilir. Körpünün altında partlayış olarsa hansı nəticələr yaranacağını düşünməliyik. Bunlar strateji baxımdan vacib yerlərdir. İnsanların təhlükəsizliyinə diqqət yetirilməlidir”-deyə millət vəkili bildirib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?