Müsahibədə iştirak etmək istəyən namizədlər 22 fevral 2024-cü il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan //exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=535 məlumat əldə edə bilərsiniz.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.