Modern.az

Sabir Rüstəmxanlı deputatların himni oxumamağına etiraz etdi

Sabir Rüstəmxanlı deputatların himni oxumamağına etiraz etdi

30 Sentyabr 2013, 13:03


Milli Məclisin bugünkü iclasında millət vəkili Sabir Rüstəmxanlı soyadların milliləşdirilməsi sahəsindəki vəziyyətə toxunaraq, hələ də yeni doğulan uşaqlara “ov, “yev” soyas sonluqlarının verilməsindən narazılıq edib.

Modern.az-ın xəbərinə görə, deputat qeyd edib ki, soyad sonluqlarının milliləşdirilməsi vacib məsələdir və bu, həyata keçirilməlidir.

“Mən bilmirəm, hansı mexanizm tapılamlıdır ki, bu iş başa çatdırılsın. Buna mane olan hansı qüvvədir?”.
Daha sonra o, himn məsələsində deputat Elman Məmmədovu dəstəkləyib. Bildirib ki, Milli Məclisdə Azərbaycanın dövlət himinin oxunması vacibdir və oxunmalıdır.

S.Rüstəmxanlı dövlət himinin səsləndirilməsi ilə bağlı iradlarını bildirib. Deputat qeyd edib ki, himn ifası zamanı qadın səsi daha çox nəzərə çarpır. O bunu himinin 15-20 il əvvəl oxunması ilə əlaqələndirib və bildirib ki, bu məsələyə yenidən qayıtmaq lazımdır.

Aytən Əliyeva

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?