Modern.az

Goranboyun icra başçısı Türkiyənin Gəncədəki Baş konsulu ilə görüşdü

Goranboyun icra başçısı Türkiyənin Gəncədəki Baş konsulu ilə görüşdü

Aktual

26 Yanvar 2024, 11:22

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztopla görüşüb.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətində, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztopla görüşən icra başçısı Məhərrəm Quliyev, ötən ildən diplomatik fəaliyyətə başlayan Baş konsula uğurlar arzulayıb.

 

Görüş zamanı diplomata Goranboyun tarixi, mədəniyyəti və iqtisadi resursları barədə ətraflı məlumat verilib.

 

İcra başçısı Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edərək dövlətimizin bütün sahələrdə qardaş ölkənin daim yaxın dəstəyini hiss etdiyini bildirib.

 

Türkiyəli diplomat RİH-nin inzibati binasının foyesində yaradılmış, Ümummilli Lider Heydər Əliyev və Prezident cənab İlham Əliyevin müxtəlif vaxtlarda rayonumuza səfərlərini özündə əks etdirən fotoguşə ilə tanış edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi