AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin apellyasiya şikayəti təmin edilməyib. Bu barədə Modern.az-a AXCP-dən bildirilib.
Qeyd edilib ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə Türkel Kərimlinin apellyasiya şikayəti üzrə iclas keçilib. Məhkəmənin qərarı ilə AXCP sədrinin oğlunun şikayəti təmin edilməyib.
Qeyd edək ki, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli ötən gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə 25 sutka azadlıqdan mərhum edilib. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 310.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə ittiham irəli sürülüb.
Modern.az