Modern.az

Gövhər Baxşəliyeva tarixi şəxsiyyətlərə qarşı hörmətsizlikdən gileyləndi

Gövhər Baxşəliyeva tarixi şəxsiyyətlərə qarşı hörmətsizlikdən gileyləndi

30 Sentyabr 2013, 13:24

“Azərbaycan xalqının taleyində müstəsna əməyi olan insanların təhqir olunmaması üçün qanun layihəsi qəbul edilməlidir”. Modern.az xəbər verir ki, bu sözləri millət vəkili Gövhər Baxşəliyeva deyib. O, qeyd edib ki, tarixi şəxsiyyətlərlə bağlı bu cür qanunun qəbul edilməsi vacibdir.

“Məsələn, Türkiyədə Atatürkü təhqir etmək olmaz, onun haqqında mənfi fikir söyləyəni məsuliyyətə cəlb edirlər. Bu qanun nə üçün lazımdır? Ötən aylarda biz şahidi olduq ki, Şah İsmayıl Xətai bəzi müəlliflər tərəfindən təhrif olunur. İrandan gələn Güntay Güncalp Şah İsmayıl Xətai haqqında Azərbaycanda təhrif olunmuş kitab çap edir. Onu vəhşi sərkərdə kimi göstərir. İndi də İskəndər Palanın kitabında Şah İsmayıl Xətai ilə bağlı cəfəngiyatlarla dolu yazılar var. Biz bunu Türkiyədə qadağan edə bilmərik. Amma ölkəmizə bu kitabların çapını qadağan etməliyik. Eləcə də Cümhuriyyətin yaradıcılarını təhqir edən əsərlər yazılır. Bunun qarşısını almalıyıq. O cümlədən fəaliyyətdə olan prezidenti təhqir etmək məsələsini də bura daxil etmək olar. Qeyd edilə bilər ki, prezidenti təhqir etmək olmaz”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?