“Təhsillə bağlı ayrı-ayrı sahə qanunları qəbul edilsin”
“Təhsil haqqında qanun qəbul edilib, amma bu çərçivə qanunudur. Bu qanunu qəbul edəndə qeyd etmişdik ki, sahə qanunları qəbul edilməlidir”.
Modern.az xəbər verir ki, bu sözləri millət vəkili Əhməd Vəliyev deyib. O, təklif edib ki, bağçadan tutmuş doktoranturaya qədə təhsilin hər bir pilləsini əhatə edən ayrı-ayrı qanun layihələri hazırlansın. “Bu qanun layihələri payız sessiyasında qəbul olunsun. Gənc insan təhsil naziri təyin edilib. Bunun da fəaliyyətini müəyyən qədər artırmaq üçün bu pillələri əhatə edən sahə qanunlarının qəbul edilməsi vacibdir”.
Aytən Əliyeva