Modern.az

Dəm qazından ölən qardaşlar bu rayondandırlar...

Dəm qazından ölən qardaşlar bu rayondandırlar...

26 Yanvar 2024, 13:56

Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.

 

Modern.az-ın məlumatına görə, qardaşlardan dünəndən bu yana xəbər alınmayıb.

 

Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar və iki qardaşın meyitlərini aşkar ediblər.

 

Onlar Tovuz rayonunda anadan olub.

 

Qeyd edək ki,  Sərxan Həsənov ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü idi. O, 2020-ci ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olmuşdu.
S.Həsənov Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirmişdi. 
 

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Bu xəbər ilə bağlı
Dəm qazından ölən qardaşlar - Biri tələbə idi, digəri 3 ay öncə evlənmişdi - FACİƏ
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı