Modern.az

Bu il Cəbrayılın Horovlu kəndinə 1395 nəfər KÖÇÜRÜLƏCƏK

Bu il Cəbrayılın Horovlu kəndinə 1395 nəfər KÖÇÜRÜLƏCƏK

Aktual

26 Yanvar 2024, 14:12

Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur.

 

Modern.az-ın xəbərinə görə, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva deyib.

 

O bildirib ki, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində də bərpa tikinti işləri başlayıb:

 

"İşğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub, lakin işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində 5 kəhriz bərpa olunur, 2 kəhriz tam bərpa olunub, 3-nün bərpası üzrə işlər yaxın aylarda tamamlanacaq".

 

O bildirib ki, "Böyük Qayıdış" Dövlət Proqramının birinci mərhələdə təxminən 2024-cü ilin sonunadək bu kənddə əhalinin sayı təxminən 1395 nəfər təşkil edəcək:

 

"Növbəti illər üçün kənd əhalisinin sayı təxminən 3500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi