Modern.az

Zahid Oruc rəqiblərini prezidentliyə namizədlikdən çəkilməyə çağırdı

Zahid Oruc rəqiblərini prezidentliyə namizədlikdən çəkilməyə çağırdı

30 Sentyabr 2013, 13:35


Prezidentliyə namizəd, millət  vəkili Zahid Oruc seçki marafonundan geri çəkilməsi haqda yayılan xəbərlərə reaksiya verib. Modern.az-a açıqlamasında deputat namizədiyini geri götürmək niyyətində olmadığını, mübarizəsini davam etdirəcəyini deyib. Deputat həmçinin rəqiblərini geri çəkilməyə çağırıb.

"Seçki dönəmində cəmiyyətə çatdırmaq istədiyim müxtəlif ideyalar, mesajlar var. Bununla yanaşı, ən əsas məsələ kimi Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasını, ulu öndərin kursunun bütövlükdə millətin maraqlarına uyğunluğu xəttini müdafiə etmişəm. Hesab edirəm ki, bu elə Azərbaycan əhalisinin əksəriyyətinin mövqeyi ilə eynidir. Bu, Azərbaycanda ekstermizim siyasi təmayülünü qabartmaq istəyənlər, ölkəni keçmişə qaytarmağa cəhd edənlər, 90-çı illərin əhaval-ruhiyyəsi ilə yaşayanların maraqlarına toxunur. Hətta deyərdim ki, onlar bundan çox narahatdırlar. Məhz bu səbəbdən də seçki maraqlarının çarpazlaşdığını nəzərə alıb, belə xəbərləri yayacaqlar. Әksinə, daha böyük qüvvə ilə paytaxtda görüşlərimizi davam etdirəcəyik. Efirdən insanlarla ünsiyyətimiz daha da irəliyə gedəcək. Bölgələrdə bu günkü gün də daxil olmaqla işlərimiz davam edir. Mənə elə gəlir ki, bu informasiyanı yayanlar mövqeyimizdən xeyli narahatdırlar və əksinə, onlara tövsiyyə edərdim ki, namizədliklərini geri götürsünlər"-deyə Zahid Oruc bildirib.

Gültəkin ӘLӘSGӘR 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?