Modern.az

AŞPA-nın Azərbaycana qarşı səhv qərarı düzəldilməlidir - Çavuşoğlu

AŞPA-nın Azərbaycana qarşı səhv qərarı düzəldilməlidir - Çavuşoğlu

Aktual

26 Yanvar 2024, 15:52

Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qərarı qeyri-obyektiv və qeyri-konstruktivdir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X”də yazıb.

 

Onun sözlərinə görə, bu, açıq-aydın görünür: “Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir”.

 

“Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”, - keçmiş nazir yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi