Modern.az

AŞPA-nın qərarı Azərbaycanın düşmənlərə qarşı mübarizəsini daha da möhkəmləndirir

AŞPA-nın qərarı Azərbaycanın düşmənlərə qarşı mübarizəsini daha da möhkəmləndirir

Aktual

26 Yanvar 2024, 16:12

24 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib .

 

Qətnamənin müzakirəsi zamanı 76 deputat sənədin lehinə, 10 deputat əleyhinə səs verib, 4 deputat bitərəf qalıb.

 

Yalnız Ukrayna və Türkiyənin nümayəndələri Azərbaycanı dəstəkləyib, qətnamənin əleyhinə çıxış ediblər.

 

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Mıgrı rayon icmasının Nüvədi kəndində dünyaya göz açmış  Bakı Dövlət Universitetinin “Həyat Fəaliyyətinin Təhlükəsizliyi” kafedrasının müdiri, k.e.d., prof. İsmayıl Əliyevin  fikrincə AŞPA-nin bu qərarı  qəti şəkildə qəbul edilməzdir.

 

AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması haqqında bədnam qərarı  müstəqil , azad Azərbaycanın güclənməsinə, XXI əsrdə  Türk dünyasının dünyada güclü  geosiyasi amilə çevrilməsinə heç cür mane  ola bilməyəcək.

 

Azərbaycan nümayəndə heyətinin ikili standartlara, islamofob, türkofob, azərbaycanofob xəstəliyinə tutulmuş AŞPA-da verdiyi geniş, ətraflı bəyanatnı dogru qərarı hesab edir və tam dəstəkləyirəm. 

 

Azərbaycan Avropa Şurasına 2001-ci ildə tamhüquqlu üzv qəbul olunmuş və ötən 23 il ərzində üzərinə götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirmişdir. Eyni zamanda Azərbaycan işğaldan torpaqlarını azad edərək, müstəqilliyini  öz gücünə  bərpa etmiş qalib dövlətdir. Avropanın enerji təhlükəsizliyində fəal iştirak edir, nəqliyyat  loqistika məsələlərində Asya ilə Avropa dövlətləri arasında mühüm körpü rolunu oynayir. 

 

Bəs görəsən  30 ildən artıq Ermənistandan qovulmus 400 mindən çox azərbaycanlının taleyi niyə indiyə qədər AŞPA-nı düşündürmür? BMT-nin Tarixi dörd qərarının yerınə yetirilməsinə niyə bu 30 ildə AŞPA reaksiya  vermədi?

 

İndi isə ermənidən çox erməni olmaq istəyir.

İsmayıl Əliyev 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi