Modern.az

Azərbaycanda cinayətkarlığın dinamikası açıqlandı - CƏDVƏL

Azərbaycanda cinayətkarlığın dinamikası açıqlandı - CƏDVƏL

26 Yanvar 2024, 17:56

2023-cü il üzrə Azərbaycanda cinayətkarlığın dinamikası açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev bu gün keçirilən geniş kollegiya iclasında məlumat verib.

 

Məlumatlara əsasən 2023-cü ildə baş vermiş cinayət hadisələrinin satistikası aşağıdakı kimidir:

 

İllər üzrə 2022 2023  
Qəsdən adam öldürmə 171 178  
Qəsdən adam öldürməyə cəhd 61 65  
Qəsdən sağlamlığa ağır zərər vurma 334 318  
Zorlama və zorlamaya cəhd 16 19  
Mənimsəmə və ya israf etmə 262 317  
Oğurluq 7794 6951  
Dələduzluq 4246 5622  
Soyğunçuluq 268 204  
Quldurluq 103 71  
Narkotik vasitələrin qanunsuz dövriyyəsi 10 665 10 057  
       

Qeyd edək ki, yanvarın 26-da Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib. Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi