Modern.az

Bu ölkənin deputatları Azərbaycana dəvət edildi - FOTO

Bu ölkənin deputatları Azərbaycana dəvət edildi - FOTO

26 Yanvar 2024, 20:07

Bosniya və Herseqovina Parlament Assambleyasının üzvləri fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin monitorinqində iştirak etməyə dəvət olunub.

 

Modern.az xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyev Bosniya və Herseqovina Parlament Assambleyasının Nümayəndələr Palatasının sədri Marinko Çavarla görüşüb. Görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq münasibətlərinin səviyyəsindən və ikitərəfli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bir çox ortaq dəyərləri bölüşən hər iki ölkənin iqtisadi əməkdaşlıq vasitəsilə dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin, habelə təhsil və mədəniyyət sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyi bildirilib.

 

Səfir fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıqdan söhbət açıb, Bosniya və Herseqovina Parlament Assambleyasının nümayəndə heyətini seçkilərin müşahidə missiyasında iştiraka dəvət edib.

 

Vilayət Quliyevin Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Kamal Ademoviçlə görüşündə isə Sarayevoda və Bakıda iki ölkə səfirliklərinin açılmasından məmnunluq ifadə olunub, bunun ölkələr arasında ümumi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin iki ölkənin parlamentləri arasında əməkdaşlığın gücləndirilməsi və perspektivləri müzakirə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi