Modern.az

Dərslik ekspertləri ilə görüş - VİDEO

Dərslik ekspertləri ilə görüş - VİDEO

30 Yanvar 2024, 16:52

Yanvarın 30-da STEAM İnnovasiya Mərkəzində dərslik ekspertləri ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə ümumi təhsil pilləsi üzrə 2023–2024-cü tədris ili üçün hazırlanmış dərsliklərin qiymətləndirmə nəticələri, tədris ilinin birinci yarısı ərzində müəllimlərdən daxil olmuş əks-əlaqə və nailiyyətlər müzakirə edilib.

 

Növbəti tədris ilinə təkmilləşdirilməli və yeni hazırlanmalı dərsliklərin ekspertizasının gedişatı təhlil edilib, həmçinin təkliflər dinlənilib.

 

Sonra ekspertlər STEAM İnnovasiya Mərkəzinə baxış keçirib, eksponat və simulyatorların tədrisdə istifadə imkanlarını müzakirə ediblər.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü