Modern.az

Şirvanda iki nəfər dəm qazından boğularaq ÖLDÜ

Şirvanda iki nəfər dəm qazından boğularaq ÖLDÜ

27 Yanvar 2024, 10:30

Şirvanda yanvarın 26-da iki nəfər dəm qazından boğularaq ölüb.

 

Modern.az xəbər verir ki, hadisənin biri şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1966-cı il təvəllüdlü Çingiz Əsədov Şirvan şəhəri yaşadığı fərdi evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

 

Digər hadisə Şirvan şəhərinin M.Əsədov küçəsi ev 96 ünvanında qeydə alınıb. Şəhər sakini 1954-cü il təvəllüdlü Şölə Abıyeva yuyunmaq üçün yaşadığı fərdi yaşayış evinin hamam otağına daxil olmuş, bir müddət keçdikdən sonra hamam otağının daxilində olan su qızıdırıcıdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb.

 

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı