Modern.az

Kəlbəcərlilər Qalib Liderə səs verəcəklər - FOTO

Kəlbəcərlilər Qalib Liderə səs verəcəklər - FOTO

27 Yanvar 2024, 10:44

Bakı şəhərində məskunlaşan Kəlbəcər seçiciləri ilə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Bakıda YAP Yasamal rayon təşkilatının qərargahında Bakı şəhərində məskunlaşan kəlbəcərli seçicilərlə  görüş keçirilib.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov,  təbliğat-təşviqat qrupunnu üzvü İqtisad elmləri doktoru Aqil Əsədov, BDU-nin dosenti Ələmdar Cabbarlı, 18 saylı Kəlbəcər rayon orta məktəbinin direktoru Arzuman Qarayev və digərləri çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib. Bildirilib ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Vurğulanıb ki, ən böyük nailiyyət və misilsiz möhtəşəm Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

 

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

 

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan müzəffər sərkərdə İlham Əliyevə səs  verəcəklərini bildiriblər.

 

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.   

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi