Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə təhsil alanların sayı açıqlanıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, regional idarə üzrə ümumilikdə 137 min 140 nəfər təhsil alır, 690 təhsil müəssisəsində 12 min 897 müəllim fəaliyyət göstərir. Onlardan 122 məktəbəqədər təhsil müəssisəsində 865 müəllim çalışır, 6 min 530 uşaq təhsil alır.
556 ümumi təhsil müəssisəsində isə 125 min 800 şagird təhsil alır, 11 min 761 müəllim fəaliyyət göstərir.
Regional idarə üzrə 12 uşaq-gənclər mərkəzində 271 müəllim fəaliyyət göstərir, 4 min 810 uşaq təhsil alır.