Modern.az

Şəmkirdəki yanğın söndürüldü 

Şəmkirdəki yanğın söndürüldü 

27 Yanvar 2024, 18:27

Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin saytında məlumat verilib.

 

Bildirilir ki, yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı