Modern.az

Gənclər vətəndaş cəmiyyəti quruculuğunu müzakirə ediblər

Gənclər vətəndaş cəmiyyəti quruculuğunu müzakirə ediblər

30 Sentyabr 2013, 13:49


“Azərbaycan İnkişaf Mərkəzi”  İctimai Birliyi Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti  yanında   Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırdığı  “Azərbaycanın regionlarında vətəndaş cəmiyyəti quruculuğu prosseslərinin sürətləndirilməsinə dəstək” layihəsi çərçivəsində tədbirini keçirib.

Toplantıda Azərbaycan  İnkişaf  Mərkəzinin  sədri Heydər Atayev layihənin məqsədi barədə danışıb. Sonra ekspert Pərvanə Məmmədova bildirib ki, tədbirin  xüsusi məqsədi ölkədəki ictimai yönümlü təşkilatların fəallığının, qərarvermə prosesində onların bacarığlarının artırılmasıdır.

“Keçirdiyimiz təlimlər vətəndaş cəmiyyəti təşkilatlarına birlikdə çalışmaq üçün bir sıra imkanlar  yaratdı. Vətəndaş cəmiyyəti və ictimayyət içində həyata keçirilən sorğular, vətəndaş  cəmiyyəti təlimi bütün bunlar Azərbaycan vətəndaş cəmiyyətində inam və əməkdaşlıq mühitini formalaşdırmaq və yaxşı əlaqələr qurmağa xidmət edəcək.”-deyə P. Məmmədova vurğulayıb.              

 Tədbir çərçivəsində  ictimayyət arasında ölkənin vətəndaş cəmiyyəti təşəbüslərində  fəallığı ilə bağlı sorğu aparılıb.            

Modern.az                                                                                                                                     

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?