Modern.az

\"Zirə” öz meydanında uduzdu

\

27 Yanvar 2024, 21:26

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Zirə" doğma meydanda "Sabah"la qarşılaşıb.

 

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+9-cu dəqiqədə penaltidən Sofyan Çakla vurub.

 

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Sabah" yeddinci pilləyə yüksəlib. 30 xalı olan "Zirə" isə ikinci sırada yer alıb.

 

Qeyd edək ki, XX turun əvvəlki oyunlarında "Turan Tovuz" "Səbail"ə 3:1, "Qarabağ" isə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib. Tura yanvarın 28-də keçiriləcək "Araz-Naxçıvan" - "Sumqayıt" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi