Modern.az

İki bacı dəm qazından ZƏHƏRLƏNDİ

İki bacı dəm qazından ZƏHƏRLƏNDİ

28 Yanvar 2024, 10:23

Ağsuda iki bacı dəm qazından zəhərlənib.

 

Modern.az xəbər verir ki, Ağsu şəhər M.Ə.Rəsulzadə küçəsində yaşayan 2009-cu il təvəllüdlü İsmayılova Sehranə Ruslan qızı və 2014-cü il təvəllüdlü İsmayılova Rəna Ruslan qızı zəhərlənmə əlamətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətiriblər.

 

Müayinə zamanı hər iki şəxsin hamam otağında dəm qazından zəhərləndiyi məlum olub. Xəstəxanada bacılara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı