Modern.az

4 aylıq körpə qızılcanın qurbanı oldu 

4 aylıq körpə qızılcanın qurbanı oldu 

Hadisə

28 Yanvar 2024, 22:24

Cəlilabad rayonunda körpə oğlan uşağı vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

 

Bildirilir ki, körpənin bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.

 

İlkin məlumata görə, körpə qızılcadan dünyasını dəyişib.

 

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza