Modern.az

Bu kəndin sakinləri erməni postundan 200 metr məsafədə yaşayırlar - VİDEO

Bu kəndin sakinləri erməni postundan 200 metr məsafədə yaşayırlar - VİDEO

29 Yanvar 2024, 10:40

Qazaxın Məzəm kəndini erməni postundan sadəcə Coğaz çayının yaratdığı göl ayırır. Bu kənd Qarabağ münaqişəsi dövründə dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Atılan güllələr yalnız daşlara yox, insan həyatlarına da dəyib. Ermənilər uzun illər Məzəm sakinlərini təhqir də ediblər.

 

Məzəmlilər isə həmişə onların cavabını layiqincə veriblər. Ermənilərin silahları isə 3 ildir susub. Buradan ermənilərin yaşadığı kəndlər də görünür.

 

Modern.az-ın məlumatına görə, kənd sakini Sarif Rəhimovun evi erməni postuna ən yaxın məsafədə yerləşir.

 

Təxminən 200 metr... O deyir ki, kənddə baxanda erməniləri görə bilirlər.


 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi