Modern.az

Azad edilən ərazilərdə seçkilərə hazırlıq başa çatdı

Azad edilən ərazilərdə seçkilərə hazırlıq başa çatdı

29 Yanvar 2024, 11:36

Laçın, Şuşa və azad olunmuş digər ərazilərdə prezident seçkilərinə hazırlıq başa çatıb.

 

Modern.az Secki-2024.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

 

MSK sədri beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib saydıqlarını bildirib: "Xüsusilə çox istərdik ki, ATƏT-in uzunmüddətli missiyası da azad olunan ərazilərdə prosesi izləsin. ATƏT-in vəzifəsi işğaldan azad olunmuş ərazilərdə ciddi müşahidə aparmaq olmalıdır. Çünki bilirsiniz, bu seçkiləri Zəfər seçkisi adlandırırıq. Hamımız fəal olmalıyıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi