Modern.az

AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş türkiyəli DEPUTAT

AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş türkiyəli DEPUTAT

Ölkə

29 Yanvar 2024, 14:48

Xəbər verdiyimiz kimi, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətini təsdiqləməkdən imtina edib.

 

Bununla bağlı səsvermə zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib.

 

Səsvermə zamanı Türkiyədən olan 9 deputat Azərbaycanın xeyrinə, 1 deputat isə əleyhinə çıxıb.

 

Modern.az xəbər verir ki, Azərbaycanın əleyhinə səs verən türkiyəli deputat Xalqların Demokratik Partiyasının üzvü olan Berdan Öztürkdür.

 

Milliyətcə kürd olan Berdan Öztürk  1 may 1980-ci ildə Ağrı vilayətinin Tutak rayonunda doğulub gəlib. Mərmərə Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra İngiltərənin London Universitetində beynəlxalq arbitraj və kommersiya hüququ üzrə magistr təhsilini tamamlayıb. 2011-ci ildə sərbəst hüquqşünas kimi fəaliyyətə başlayıb.

 

Subay olan Öztürk ingiliscə də danışa bilir.

 

2018-ci il Türkiyədə keçirlmiş seçkilərində Xalqların Demokratik Partiyasından (HDP) Ağrı millət vəkili seçilən Öztürk Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının üzvü olub.

 

O, 2023-cü il parlament seçkilərində Yaşıl Sol Partiyasının siyahısından Xalqların Bəbarərlik və Demokratik Partiyasının üzvü olaraq Diyarbakırın deputatı seçilib.

 

Berdan Öztürk barəsində hələ 2016-cı ildə 5 nəfər PKK-çının dəfn mərasimində iştirak etdiyi əsas gətirilərək, barəsində istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib.

 

O, 2019-cu ildən "Barış Pınarı" əməliyyatı ilə bağlı verdiyi açıqlamaya görə terror təbliğatı aparmaqda suçlanaraq istintaqa cəlb olunub. Lakin istintaq başa çatdırılmayıb.

 

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal