Modern.az

Prezidentin vəzifə verdiyi Xanlar Ağalarov KİMDİR...

Prezidentin vəzifə verdiyi Xanlar Ağalarov KİMDİR...

Ölkə

29 Yanvar 2024, 15:49

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Xanlar Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə sədr təyin edilib.

 

Modern.az-ın məlumatına görə, Xanlar Ağayev bundan əvvəl Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

 

Xanlar Ağalarov 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb.

 

Eyni zamanda o, Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb. O, daha əvvəl Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

 

Bu gün isə prezident İlqar Mustafayevi Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edərək onun əvəzinə Xanlar Ağalarovu gətirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal