Modern.az

İlk dəfə səs verəcək seçicilərlə görüş - FOTO

İlk dəfə səs verəcək seçicilərlə görüş - FOTO

29 Yanvar 2024, 15:12

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də YAP Gəncə şəhər təşkilatının qərargahında Kəlbəcərli gənclərlə  görüş keçirilib.

 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Daha sonra cənab prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

 

Görüşdə  YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Millət vəkili Aqil Məmmədov, Təbliğat-təşviqat qrupun üzvü Aytac Sadıqzadə,  Göyüş Şəfizadə, Gülşən Muradxanlı, Alı Həsənov, Simarə Abbasova, Yusif Mehdiyev, idmançılardan Yaşar İsgəndərov və digər gənclər cıxış ediblər. 

 

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, müzəffər və yenilməz Ordumuzun şücaəti sayəsində Azərbaycanın əldə etdiyi şanlı Qələbədən danışıblar. Gənclərimizə ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyan növbəti Prezident seçkiləri haqqında, eyni zamanda ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilib. Ölkəmizdə son illərdə dövlət-gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərimizin rayon ictimai- siyasi həyatındakı fəal rolunu diqqətə çatdırıblar.

 

Natiqlər ilk dəfə səs verənləri təbrik etməklə onları qarşıdan gələn növbədənkənar Prezident seçkilərində fəal iştirak etməyə dəvət ediblər.

 

Görüşdə çıxış edən Kəlbəcərli Gənclər Azərbaycanı irəliyə aparan, ölkəmizin müasir dövlət kimi nüfuzunu artıran, dövlətimizin suverenliyini bərpa edən, insanların layiqli həyat şəraitini təmin edən Prezident İlham Əliyevlə qürur duyduqlarını və bütün Gəncləri 7 fevral ölkəmizdə keçiriləcək prezident seçkilərində yekdilliklə İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıblar. Kəlbəcərli Gənclər seçimlərinin cənab İlham Əliyev olduğunu əminliklə ifadə etdilər!

 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi