Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, Gömrük orqanlarında səmərəli fəaliyyətinə görə təltif edilənlərdən biri də Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzovdur.
O, “Tərəqqi” medalı ilə təltif edilib.
Qulu Novruzov 30 oktyabr 2018-ci il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasına rəisi təyin edilib.
2021-ci ildə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.