Modern.az

Sumqayıtda vətəndaşlara 4.5 milyondan çox tibbi xidmət göstərilib

Sumqayıtda vətəndaşlara 4.5 milyondan çox tibbi xidmət göstərilib

29 Yanvar 2024, 15:14

Sumqayıt Tibb Mərkəzi tərəfindən 2023-cü il üzrə vətəndaşlara göstərilən müraciət və xidmətlərin statistikası açıqlanıb.

Modern.az-ın məlumat verir ki,qurumun İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, ötən il Mərkəzin tabeliyində olan  tibb müəssisələrinə vətəndaşlar tərəfindən 1 milyon 526 min müraciət daxil olub.  Bu müraciətlərdən 1 milyon 488 min ambulator, 38 min isə stasionar müraciət olub.

Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 4 milyon 549 min təşkil edib. 
Bu xidmətlərdən 3 milyon 432 min  ambulator, 1 milyon 117 min isə stasionar xidmətdir.

Sumqayıt Tibb Mərkəzi 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 460 min daha çox xidmət göstərilib.  Bu isə 47 faiz artım deməkdir. 

Müraciət sayında gəldikdə isə 2023-cü ildə vətəndaşlar tərəfindən 223 min sayda daha çox müraciət olub. Bu isə 18 faiz artım deməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi