Modern.az

Moskva İdman Arbitraj Məhkəməsinin qərarından narazıdır

Moskva İdman Arbitraj Məhkəməsinin qərarından narazıdır

İdman

30 Yanvar 2024, 09:36

Rusiyanın Vaşinqtondakı səfirliyi İdman Arbitraj Məhkəməsinin (CAS) ölkəni təmsil edən fiqurlu konkisürən Kamilə Vəliyevanı dörd il müddətinə diskvalifikasiya etmək qərarını rusofob adlandırıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, diplomatik nümayəndəlik iddia edir ki, ABŞ Rusiya idmançılarının yarışlarda iştirakına mane olmağa çalışır.

 

Səfirliyin bəyanatında deyilir ki, Qərb Rusiyaya qarşı hibrid müharibəyə başlayıb və yerli hakimiyyət “yüksək rəqabətli rusiyalı idmançıların yarışlarda, xüsusən də Rusiya bayrağı altında” iştirakının qarşısını almaq üçün “idman strukturlarına açıq təzyiqdən çəkinmir”.

 

Dünən, yanvarın 29-da CAS Vəliyevanı antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edib. O, həmçinin Olimpiadada komanda hesabında qalib gəldiyi üçün qızıl medalından məhrum ediləcək. Kreml idman məhkəməsinin qərarını siyasiləşdirilmiş adlandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi