Modern.az

\"Zirə\" \"Səbail\"in, \"Qarabağ\" \"Sabah\"ın qonağı olacaq

\

30 Yanvar 2024, 09:34

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start veriləcək.

 

Modern.az xəbər verir ki, ilk olaraq "Səbail" "Zirə"ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Günün son matçında "Qarabağ" "Sabah"ın qonağı olacaq. Bu qarşılaşmaya saat 19:00-da start veriləcək.

 

Qeyd edək ki, bu mərhələnin digər iki oyunu sabah keçiriləcək.

 

Əlavə edək ki, 1/4 finalın cavab matçları 8-9 fevral tarixlərində oynanılacaq.

 

30 yanvar (çərşənbə axşamı)

 

15:00. “Səbail” – “Zirə”


Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
“ASCO Arena”

 

19:00.“Sabah” – “Qarabağ”


Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Bank Respublika Arena”

 

31 yanvar (çərşənbə)

 

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”


Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
“Dalğa Arena”

 

19:00. “Sumqayıt” – “Neftçi”


Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
“Kapital Bank Arena”

 

Yarımfinal cütlükləri

 

"Səbail"/"Zirə" - "Araz-Naxçıvan"/"Qəbələ"
"Sumqayıt"/"Neftçi" - "Sabah"/"Qarabağ"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi