Modern.az

“AzerGold” mədən layihələrinin icrasına 550 milyon manat investisiya yatırıb

“AzerGold” mədən layihələrinin icrasına 550 milyon manat investisiya yatırıb

İqtisadiyyat

30 Yanvar 2024, 11:48

“AzerGold” QSC fəaliyyətə başladığı dövrdən bugünədək 2016-2023-cü illərdə mədən layihələrinin icrasına ümumilikdə 550 milyon manat investisiya yatırıb. 

 

Modern.az xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuat konfransında söyləyib.

 

O bildirib ki, bu məbləğin cəmi 8%-i (45 milyon) manat dövlət büdcəsindən ayırmalar hesabına təmin olunub:

 

“Bu, əsasən QCS fəaliyyətə başladığı ilk illərdə dövlət büdcəsindən ayrılmış vəsaitdir. İndiki məqamda dövlət büdcəsi hesabına maliyyələşmə əsasən yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrinin icrası məqsədilə həyata keçirilir”, - sədr qeyd edib. 

 

Şəbnəm Zahir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi