Modern.az

Azərbaycanda karton kağızı istehsal ediləcək

Azərbaycanda karton kağızı istehsal ediləcək

İqtisadiyyat

30 Yanvar 2024, 13:00

"Bakı Karton və Qutu Fabriki" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 39-a çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

 

Nazir qeyd edib ki, şirkət Sənaye Parkının ərazisində inşaat materiallarının və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradacaq. İnvestisiya dəyəri 20 milyon manat olan müəssisədə 100 nəfərin daimi iş yeri ilə təmin olunması nəzərdə tutulur".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi