Modern.az

Sabirabadda tibb məntəqəsi yandı

Sabirabadda tibb məntəqəsi yandı

Hadisə

31 Yanvar 2024, 15:40

Sabirabad rayonunun Bala Həşimxanlı kəndində tibb məntəqəsi yanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb. Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir