Modern.az

UNEC Webometrics reytinqində Azərbaycan üzrə birincidir

UNEC Webometrics reytinqində Azərbaycan üzrə birincidir

Aktual

31 Yanvar 2024, 16:16

UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb. Belə ki, yanvarın 31-də açıqlanmış Webometrics reytinqində UNEC Azərbaycan üzrə 1-ci olub.

 

Modern.az xəbər verir ki, “Webometrics”də dünyanın 32000 universiteti arasında 2998-ci yerə yüksələn UNEC, əvvəlki reytinqlə müqayisədə 196 pillə irəliləyərək, dünyanın ən yaxşı 9% universitetləri sırasında  yer alıb.

 

Qeyd edək ki, UNEC bundan öncə, QS Global, QS Europe və QS Sustainability reytinqlərində də ölkə üzrə birinci olub.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal