Modern.az

Səudiyyə Ərəbistanın səfiri Mətbuat Şurasında olub - FOTO

Səudiyyə Ərəbistanın səfiri Mətbuat Şurasında olub - FOTO

31 Yanvar 2024, 15:56

Bu gün Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Mətbuat Şurasında olub.

 

Qonağı salamlayan MŞ sədri Rəşad Məcid ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Sonra Şura sədri ötən il Səudiyyə Ərəbistanında keçirilmiş media forumu ilə bağlı təəssüratlarını bölüşüb. O, tədbirin yüksək səviyyədə təşkil olunduğunu, orada hazırda medianı qlobal miqyasda maraqlandıran bütün məsələlər ətrafında geniş və məzmunlu müzakirələrin aparıldığını vurğulayıb. R.Məcid, eyni zamanda, Azərbaycan mediasının Səudiyyə Ərəbistanı, habelə ölkənin media nümayəndələri ilə təmaslarının güclənməsinin vacibliyindən söz açıb.

 

Səfir İssam bin Saleh əl-Cuteyli də Səudiyyə Ərəbistanındakı jurnalistlərlə Azərbaycanın media təmsilçiləri arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb. O, bunu hər iki ölkənin xalqlarının bir-birinə yaxınlaşması baxımından mühüm məqam kimi önə çəkib. Səfir qarşılıqlı media təmaslarının məlumat və təcrübə mübadiləsi baxımından zəruriliyə toxunaraq bildirib ki, rəhbərlik etdiyi ali diplomatik missiya səudiyyəli jurnalistlərin Azərbaycana səfərinin təşkili istiqamətində fəaliyyətə başlayıb, səfərin gerçəkləşəcəyinə, səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.

 

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır