Modern.az

Cəmil Həsənlinin nümayəndələri polisə çağırıldı

Cəmil Həsənlinin nümayəndələri polisə çağırıldı

1 Oktyabr 2013, 20:40


Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacıbəyli polisə çağırılıb. Modern.az-ın məlumatına görə, bu barədə Milli Şura üzvü Arif Hacılı məlumat verib.

“Bu saatda Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacıbəyli Xətai 34 cü polis bölməsində izahat verir."Bakı" kinoteatrında Cəmil Həsənli ilə keçirilən görüşdə insident olubmuş. Bizim görüşümüzdə insidentin kimlər tərəfindən törədildiyi kimə aydın deyil?

Sabirabadda Cəmil Həsənlinin başqa bir nümayəndəsi Azər İsmayıl polisə çağrılıb.Əvvəlçə onun atasını çağırıb oğluna görə təhdid ediblər”.

Anar RÜSTƏMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?