Modern.az

Kibercinayətkarlıqla üzləşməmək üçün nələrə diqqət etməlisiniz?

Kibercinayətkarlıqla üzləşməmək üçün nələrə diqqət etməlisiniz?

Aktual

1 Fevral 2024, 11:06

“Doğruluğuna əmin olmadığınız postlara və ya məzmuna əsaslanaraq hərəkət etməyin. Təsdiq edə bilmədiyiniz (dəqiqliyinə əmin olmadığınız) məlumatı paylaşmaqla və ya ötürməklə yalan informasiyanın yayılmasına səbəb olmayın”.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) hazırladığı “Rəqəmsal mediadan istifadə edərkən kibercinayətkarlıqla üzləşməmək üçün nələrə diqqət etməlisiniz?” adlı videoçarxda məlumat verilib.

 

“Dəqiq məlumat əldə etmək üçün rəsmi və səlahiyyətli mənbələri izləyin. Rəsmi təşkilatları təqlid edə biləcək mesajlar, axtarışlar və ya məzmunlara qarşı diqqətli olun. Şübhəli hallarda cihazınızda, hesablarınızda, bankçılıqda və sair istifadə etdiyiniz şifrələri (parolları) dəyişdirin”, - deyə DİN-dən bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal