Modern.az

Sumqayıtda yanğın - Ana və övladları tüstüdən zəhərləndi

Sumqayıtda yanğın - Ana və övladları tüstüdən zəhərləndi

1 Fevral 2024, 09:00

Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərlənib.

 

Modern.az verir ki, hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib.

 

Belə ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.

 

Nəticədə 1996-cı il təvəllüdlü Heydərova Nuranə Zahid qızı və onun iki övladı - 2015-ci il təvəllüdlü Cəbrayılov Nihad İbrahim oğlu və 2018-ci il təvəllüdlü Cəbrayılov Renat İbrahim oğlu yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı