Modern.az

Ermənistanın təhlükəsizliyi KTMT-siz mümkün deyil - Moskva

Ermənistanın təhlükəsizliyi KTMT-siz mümkün deyil - Moskva

Aktual

1 Fevral 2024, 09:45

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıq olmadan Ermənistanın hərbi təhlükəsizliyi mümkün görünmür.

Modern.az xəbər verir ki, bunu “Ria Novosti»yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin KTMT məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev deyib.

“Mən sizə Ermənistanın təhlükəsizliyinin, o cümlədən hərbi-texniki sahədə qorunmasının KTMT çərçivəsində əməkdaşlıq olmadan mümkünsüzlüyünü açıq şəkildə göstərən məlumatları açıqlaya bilmərəm”, - deyə Vasilyev bildirib.

Bundan başqa, diplomat əlavə edib ki, Rusiya Qərb dövlətlərinin Ermənistandakı vəziyyətdən istifadə edib təkcə orada deyil, bütün Qafqazda gərginlik yaratmaq cəhdlərini görür.

“Biz erməni həmkarlarımızın diqqətini Qərb ölkələrinin bu şüurlu siyasətinə yönəltmək üçün KTMT çərçivəsində bütün səviyyələrdə müzakirələrdən istifadə edirik”, - o vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi