Modern.az

Vahid Ələkbərovun nə qədər sərvəti var?

Vahid Ələkbərovun nə qədər sərvəti var?

İqtisadiyyat

1 Fevral 2024, 10:18

Rusiyalı milyarderlərin ümumi sərvəti yanvar ayında 8 milyard dollar artıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yazıb.

 

Milyarderlər İndeksində təmsil olunan Rusiyadan olan 26 biznesmenin ümumi sərvəti fevralın 1-də 507,14 milyard rubl təşkil edib.

 

Rusiya Federasiyasının ən varlı sahibkarı sərvəti 31,7 milyard rubl dəyərində qiymətləndirilən "Interros" holdinqinin və "Norilsk Nikel"in prezidenti Vladimir Potanin olub. İkinci yerdə NOVATEK-in rəhbəri Leonid Mixelson (27,4 milyard dollar) qərarlaşıb.

 

Ölkənin üçüncü ən varlı adamı LUKOIL şirkətinin ortaq sahibi Vahid Ələkbərov olub. Əslən azərbaycanlı olan sahibkarın sərvəti 25.5 milyard dollar qiymətləndirilib. O, dünyanın ən varlı adamları siyahısında 64-cü yerdədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi