Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 7 müxtəlif markalı tüfəng, 8 patron darağı və 150 patron təhvil götürüblər.
Yanvarın 31-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 avtomat silahı, 1 tapança, 1 tüfəng, 11 patron darağı və 33 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.