Ən geniş müşahidə missiyasını həyata keçirəcək təşkilatlar 1000-1400 arası məntəqədə prosesin gedişini müşahidə edib.
Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, bir çox Avropa təşkilatlarının tələb etdiyi standart 20-25 dəqiqə səsverməni izləmək müddətidir:
"Bununla səsvermə prosesi haqqında fikir formalaşır. Amma bizim veb-kameralar vasitəsilə bütün səsvermə prosesini əvvəldən sonadək izləmək mümkün olacaq".